Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Yoavın yanındakı bütün xalq gəlib Şevanın qaldığı Avel-Bet-Maaka şəhərini mühasirəyə aldı və şəhərin qarşısında bir torpaq qalağı tökdü. Onlar divarı uçurtmaq üçün lağım atarkən bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var». Qadın ağıllı tərpənib xalqının yanına getdi. Onlar da Bikri oğlu Şevanın başını kəsib Yoava atdı. Bundan sonra Yoav şeypur çaldı və ordu şəhərin mühasirəsindən çəkildi. Hamı öz evinə qayıtdı. Yoav isə Yerusəlimə – padşahın yanına qayıtdı. Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu. Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi». Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib». Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər. Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar. Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar. Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür! Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır. Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər. Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur. Hikmət döyüş silahından üstündür, Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.
Выбор основного перевода