Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. Yatarkən yuxumda gördüm ki, göylərdən qoruyucu, müqəddəs bir mələk endi. ağac sənsən, ey padşah. Sən böyüyüb möhkəmləndin, əzəmətin artıb göylərə, hakimiyyətin dünyanın hər tərəfinə çatdı. On iki ay keçəndən sonra Babildəki sarayının damında gəzən padşah dedi: Deyilən hadisələr o saat Navuxodonosorun başına gəldi: o, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü qartal tükü kimi, dırnağı quş dırnağı kimi uzandı. Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi. O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur. Fərman verirəm ki, bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahından qorxub titrəsin. O, var olan Allahdır, əbədi olaraq mövcuddur, Onun padşahlığı dağılmaz və hökmranlığı sonsuzdur. Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb Əbədi Yaşayanın adına and içdi: «Bir vaxt, vaxtlar və yarım vaxt keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq». O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!»
Выбор основного перевода