Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu. Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz. dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm. Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi. Allahın ona verdiyi əzəmətə görə bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ondan qorxub əsirdi. O istədiyi adamı öldürər, istədiyi adamı sağ buraxardı, istədiyi adamı yüksəldər, istədiyi adamı alçaldardı. O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur. Onun yerinə padşahlıq izzətinə layiq olmayan namərd bir adam keçəcək. O gözlənilmədən gəlib yaltaqlıqla hakimiyyəti qəsb edəcək.
Выбор основного перевода