Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Yatarkən belə yuxu görmüşdüm: dünyanın ortasında çox hündür bir ağac var idi. Ağac o qədər böyüdü və möhkəmləndi ki, başı göylərə çatdı. O, dünyanın hər tərəfindən görünürdü. Onun gözəl yarpaqları və çoxlu meyvələri var idi, üstündə hər kəs üçün qida var idi. Ağacın altında çöl heyvanları kölgə tapır, budaqlarında göy quşları yuva salır və bütün canlı məxluqlar onunla qidalanırdı. Yatarkən yuxumda gördüm ki, göylərdən qoruyucu, müqəddəs bir mələk endi. O ucadan elan edib dedi: “Bu ağacı kəsin, budaqlarını qırın, yarpaqlarını yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından, quşlar isə budaqlarından qaçsın. O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur.
Выбор основного перевода