Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı. Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən». Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı. Mən Navuxodonosor öz evimdə – sarayımda rahat və naz-nemət içində yaşayırdım. Ona görə də əmr etdim ki, yuxunu yozmaq üçün bütün Babil müdriklərini hüzuruma çağırsınlar. Padşahın bütün müdrikləri içəri girdi, ancaq yazılanı nə oxuya, nə də mənasını padşaha izah edə bildilər. Budur, hüzuruma müdriklər və ovsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, ancaq onlar bunu mənə izah edə bilmədi. Bu adam – Daniel başqa vəzirlərdən və canişinlərdən üstün idi, çünki o, iti ağla malik idi. Buna görə də padşah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun.
Выбор основного перевода