Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. Çünki şimal padşahı qayıdıb əvvəlkindən daha böyük qoşun çıxaracaq və bir neçə ildən sonra tam silahlanmış böyük bir ordu ilə gələcək. Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb Əbədi Yaşayanın adına and içdi: «Bir vaxt, vaxtlar və yarım vaxt keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq».
Выбор основного перевода