Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün. Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar». Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər. Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər. Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün». Müqəddəs yerə və qurbangaha cavabdeh olun ki, İsrail övladları bir də qəzəbimə düçar olmasınlar.
Выбор основного перевода