Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin. Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin. Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt. Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt. İş görmək və yük daşımaq xüsusunda Gerşon nəsillərinin vəzifəsi budur: Müqəddəs məskənin pərdələrini, Hüzur çadırı ilə onun örtüyünü, üzərindəki suiti dərisindən xarici örtüyü, Hüzur çadırının girişində olan arakəsməni, həyətin pərdələrini və qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərini və onların ibadət üçün işlənən bütün əşyalarını daşısınlar; bu şeylərlə görüləcək bütün işləri Gerşonlular görsünlər.
Выбор основного перевода