Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt. və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun. Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül, Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun. Bu arakəsmə üçün də əbrişim ağacından beş dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök. Merarililəri mənsub olduqları nəsillərə və ailələrə görə siyahıya al. Otuz yaşından əlli yaşına qədər Hüzur çadırının işini görmək üçün gələnlərin hamısını siyahıya al. Hüzur çadırında xidmət edərkən onların vəzifəsi budur: məskənin çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, çadırın ətrafındakı həyətin dirəkləri ilə altlıqlarını, payalarını, iplərini, bütün avadanlığını və işlətdikləri hər şeyi daşımaq. Hər kəsi adbaad təyin et ki, müəyyən əşyaları daşısın.
Выбор основного перевода