Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən? Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu? Onun varisi yoxmu? Elə isə nə üçün Milkom Qada sahib oldu? Niyə onun xalqı Qad şəhərlərində yaşayır? «Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək. Vadilərlə nə üçün öyünürsən? Taqətin kəsilir, Ey dönük qız! Sən mal-dövlətinə güvənərək “Üstümə kim gələ bilər” deyirdin. Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz. Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz, Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur.
Выбор основного перевода