Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur. Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq. Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən! Ey salehlikdən xəbərdar olanlar, Qanunumu qəlblərində saxlayan xalq, Mənə qulaq asın! Adamların məzəmmətindən qorxmayın, Onların söyüşlərindən dəhşətə düşməyin. Rəbbə tərəf dönün ki, sağ qalasınız! Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq, Bet-Eldəki odu söndürən olmayacaq. Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin. Bəlkə Ordular Allahı Rəbb Qalan Yusif övladlarına lütf edər.
Выбор основного перевода