Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı; Ölkəni dağıdıb xalqını öldürdüyünə görə Başqaları kimi dəfn olmayacaqsan. Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq. Atalarının günahına görə Övladları üçün qırğın hazırlayın ki, Onlar qalxıb dünyanı zəbt etməsinlər, Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər». «Babil xalqına qarşı qalxacağam» Bunu Ordular Rəbbi bəyan edir. «Babilin adını, sağ qalanlarını, oğullarını, Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir. «Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir. Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək. Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq. Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur. Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?» Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq: «Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq. Kasıbların ən kasıbı doyacaq, Fəqirlər rahat dincələcək. Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarınız da öldürüləcək. Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir». Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm. Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir: Rəbb belə deyir: «Millətləri məhv etdim, Künc qüllələri dağıldı. Küçələrini viran qoydum, O küçələrdən artıq gəlib-keçən yoxdur! Şəhərləri xarabalığa döndü, Orada heç bir sakin də qalmadı.
Выбор основного перевода