Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Ey səs-küylü, əylənən, gurultulu şəhər, Öldürülənləriniz nə qılıncdan keçirildi, Nə də döyüşlərdə öldürüldü. Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq. İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü! Sən ürəyində deyirdin: “Mən mənəm, Məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, Övlad itirmək dərdini bilməyəcəyəm”. Ölkələri viran ediləcək, Əbədi kinayə hədəfinə çevriləcək. Onda oradan ötən hər kəs Heyrətə gəlib başını bulayacaq. Bu şəhəri viran edəcəyəm, rişxənd hədəfinə çevirəcəyəm. Oradan keçən hər kəs onun başına gələn bəlaları görüb heyrət içində fit çalacaq. Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?
Выбор основного перевода