Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm. Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı. Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın. Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar. Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”. Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar. «Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm. Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq.
1 2 3 4 5 6 7
Выбор основного перевода