Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm. Buna görə ədalət bizdən uzaqlaşıb, Salehliyə çata bilmirik. İşıq ümidindəyik, lakin qaranlıqdayıq, Aydınlıq gözləyirik, zülmətdə yeriyirik. Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik. Hamımız ayı kimi nərildəyirik, Göyərçin tək inildəyirik. Ədalət gözləyirik, lakin heç bir şey yoxdur. Qurtuluş gözləyirik, amma bizdən uzaqdır. Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir. Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?
1 2 3 4 5 6 7
Выбор основного перевода