Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı. Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi. Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına! «Samariya peyğəmbərləri arasında Bu iyrənc işi gördüm: Baalın adı ilə peyğəmbərlik edərək Xalqım İsraili yoldan azdırdılar. Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu». Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama adlanır”. Samariyanın bütlərə and içib ‹Ey Dan, allahının haqqı!›, ‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar Yıxılacaq və bir daha qalxmayacaq”.
1 2 3 4 5 6 7
Выбор основного перевода