Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər. Budur, Rəbb odla gəlir, Onun döyüş arabaları qasırğa tək gəlir. Şiddətli qəzəbini, məzəmmətini Alov kimi tökməyə hazırdır. Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır. Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər, Ana qucağında can verirlər. Analarından soruşurlar: «Hanı çörək, hanı şərab?»
Выбор основного перевода