Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun! Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq! Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq. Bunları görüb ürəyiniz sevinəcək; Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, Qəzəbi isə düşmənlərinin üstündədir». Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək». Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək.
Выбор основного перевода