Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir.
O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək.
Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.
Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu.
Mən baxdım, kömək edən bir kəs yox idi, Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım, Onda qolum mənə zəfər gətirdi, Qeyzim mənə dayaq oldu.