Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən. Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! Sən, ey İsrail, sənə qurtuluş verən Allahını unutdun, Pənahgahın olan Qayanı xatırlamadın. Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən, Özgə ağacların budaqlarından peyvənd edirsən. Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur. Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm». Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı.
Выбор основного перевода