Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». Lakin sən ey qulum İsrail, Seçdiyim Yaqub nəsli, Dostum İbrahimin övladları! «Ey torpaq qurdu olan Yaqub nəsli, Ey İsrail əhli, qorxma! Sənə kömək edəcəyəm» Rəbb bəyan edir. Səni Satınalan İsrailin Müqəddəsidir. Mənim adımla çağırılan hər insanı, İzzətim üçün yaratdığım, Bəli, həyat verdiyim, Yaratdığım hər bir adamı gətir». Mən Rəbbəm, sizin Müqəddəsinizəm, İsraili yaradanam, Padşahınızam». Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin. Səni yaradan, ana bətnində quruluş verən, İmdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli, Ey seçdiyim Yeşurun! Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur. «Ey Yaqub nəsli, Dediyim sözləri xatırla, Çünki sən qulumsan, ey İsrail, Mən səni yaratdım, sən Mənim qulumsan, Səni unutmaram, ey İsrail!
Выбор основного перевода