Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb deyir: «Susun qarşımda, ey uzaq diyarlar! Qoy ümmətlər yeni güc alsın, Qoy yaxınlaşıb danışsınlar, Məhkəmə üçün birgə toplaşaq. Rəbb deyir: «İşinizi təqdim edin, Sübutlarınızı göstərin», Bunu Yaqubun Padşahı söyləyir. Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin. Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm».
Выбор основного перевода