Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin. Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar. Xudavənd aman vermədən Yaqub nəslinin bütün məskənlərini dağıtdı, Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı, Padşahlığı, başçıları yerlə yeksan etdi. Çardağını viranə bağlar tək qırıb tökdü, Görüş yerlərini xarabalığa çevirdi, Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu, Qəzəbi ilə padşahını, kahinini atdı. Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin».
Выбор основного перевода