Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq. Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir! Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar. İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən? Nə üçün çaşmış adam, Qurtarmağa gücü çatmayan İgid kimi olmusan? Ancaq Sən aramızdasan, ya Rəbb. Biz Sənə məxsusuq, Bizi tərk etmə. qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.
Выбор основного перевода