Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduğumu anlayasınız. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur. Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin! Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm. Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»
Выбор основного перевода