Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq. Ey millətlər, yaxın gəlin, eşidin, Ey ümmətlər, dinləyin! Ey dünya və sakinləri, Yer üzü və onun bütün yetirmələri, qulaq asın! Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar. Yadıma sal, gəl mühakiməyə gedək, Bəraət qazanmaq üçün məhkəmədə işindən danış. Sən deyirsən: ‹Mən təqsirsizəm, Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›. Bax Mən səni mühakimə edəcəyəm, Çünki günah etmədiyini söyləyirsən. Lakin Rəbb müqəddəs məbədindədir, Qoy bütün dünya Onun önündə sussun!» Ey bütün bəşər, Rəbbin önündə susun! Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»
Выбор основного перевода