Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər. Axsaqlar ceyran kimi hoppanacaq, Lalların dili sevinclə nəğmə deyəcək, Çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək. Susamış torpağı sulayacağam, Quru torpağa sellər axıdacağam, Övladlarına Ruhumu ehsan edəcəyəm, Nəslinə xeyir-duamı verəcəyəm. Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, Siz artıq ağlamayacaqsınız, Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, Fəryadınızı eşidən kimi cavab verəcək. Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm. Mənim seçdiyim xalqıma su içirtmək üçün Çöllükdə su verdiyimə görə, Quru torpaqda çaylar yaratdığıma görə, Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq.
Выбор основного перевода