Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gözləri olan kor, Qulaqları olan kar xalqı gətir. Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür». Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin! Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur. Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
Выбор основного перевода