Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı». Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir. Hətta çöldəki maral da Balasını doğub tərk edir, Çünki ot yoxdur. Vəhşi eşşəklər çılpaq təpələrdə durub, Çaqqal kimi tez-tez nəfəs alır. Onların gözləri korlaşır, Çünki otlaq yoxdur». Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.
Выбор основного перевода