Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi. Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur. Təzə şərab qurtarır, meynələr solur, Nə vaxtsa fərəhlənən adamlar kədərlənir. «Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır. Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam. Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur. Xırman və üzümsıxan xalqı doydurmayacaq, Təzə şərab onlara qismət olmayacaq.
Выбор основного перевода