Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”. O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir. Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır. Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər? Kütlələr, mühakimə vadisində olan kütlələr, Çünki mühakimə vadisində Rəbbin günü yaxındır! Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək! Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər. Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək. O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.
Выбор основного перевода