Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc elan etdi. Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər. Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu? Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Xalqı bir yerə yığın, Camaatı təqdis edin, Ağsaqqalları yığın, Uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, Gəlin də öz gərdəyindən çıxsın. İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün.
Выбор основного перевода