Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin Musaya dediyi kimi Yeşua bütün ölkəni aldı. Yeşua oranı İsraillilərə, hər qəbiləyə irs olaraq öz payını verdi. Ölkə müharibədən əmin-amanlığa çıxdı. O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq. Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək. Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq. Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək. Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək. Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək. Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız. O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq. «Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar. Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”». Xudavənd Rəbb belə deyir: «Ölkəni irs olaraq İsrailin on iki qəbiləsi arasında bu sərhədlərlə bölün: Yusifə iki pay düşsün.
Выбор основного перевода