Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver. Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi. lakin Müqəddəs məkanımda bu işləri görəcək: məbədin darvazalarına nəzarət edəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara xidmət edəcək. İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət edərək xalqı günaha batırdı, Mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim” Xudavənd Rəbb belə bəyan edir. “Onlar kahin kimi xidmət etmək üçün Mənə yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Etdikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər. Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam. Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
Выбор основного перевода