Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin. Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa narın un və tək qoç üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un, hər toğlu üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un təqdim edin. Bu, yandırma qurbanı Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. Onların içmə təqdimləri bir buğa üçün yarım hin, qoç üçün üçdə bir hin və bir toğlu üçün dörddə bir hin şərab olacaq. İl boyu hər yeni ayda veriləcək yandırma qurbanı budur. Daimi yandırma qurbanı və onun içmə təqdimlərindən başqa Rəbbə günah təqdimi olaraq bir təkə də təqdim edin. Birinci ayın on dördüncü günü Rəbbin Pasxa bayramıdır. Bu ayın on beşinci günü bayram olsun, yeddi gün mayasız çörək yeyilsin. Birinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin. Rəbbə yandırma qurbanı, yandırma təqdimi olaraq iki buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin; hamısı qüsursuz olsun. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki, yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə təqdim edin. Hər səhər təqdim edəcəyiniz daimi yandırma qurbanına əlavə olaraq bunları da təqdim edin. Beləliklə, yeddi gün ərzində hər gün Rəbbin payını, Onun xoşuna gələn ətri – yandırma təqdimini verin. Bunu daimi yandırma qurbanı ilə içmə təqdiminə əlavə olaraq verin. Yeddinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin. Nübarın təqdim edilməsi günü Həftələr bayramında Rəbbə təzə taxıl təqdimi gətirəndə müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin. Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi iki buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla təqdim edin. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, tək qoç üçün onda iki efa, yeddi toğludan hər toğlu üçün isə onda bir efa narın un təqdim edin. Özünüzü kəffarə etmək üçün bir təkə də təqdim edin. Daimi yandırma qurbanı taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Qurban etdiyiniz heyvanlar qüsursuz olmalıdır. Həmin yeddinci ayın onunda müqəddəs toplantı keçirin; özünüzü hər şeydən məhrum edin və heç bir iş görməyin. Rəbbə xoş ətir kimi yandırma qurbanı olaraq bir buğa, bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Onlar qüsursuz olmalıdır. Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Kəffarələr üçün günah qurbanına, daimi yandırma qurbanına, onun taxıl təqdiminə və onların içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Yeddinci ayın on beşinci günündə müqəddəs toplantı keçirin; heç bir gündəlik işlərinizi görməyin. Rəbbin şərəfinə yeddi gün bayram keçirin. Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz on üç buğa, iki qoç və birillik on dörd erkək toğlu verin. Onlar qüsursuz olmalıdır. Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, hər qoç üçün onda iki efa, on dörd toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. İkinci gün qüsursuz on iki buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Dördüncü gün qüsursuz on buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Beşinci gün qüsursuz doqquz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Altıncı gün qüsursuz səkkiz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Yeddinci gün qüsursuz yeddi buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Səkkizinci gün özünüz üçün təntənəli toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. Yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin. Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”». Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır. Şənbə günləri və Təzə Ay mərasimi günləri ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin. Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin. Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.
Выбор основного перевода