Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver. O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.
Выбор основного перевода