Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm. O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar. Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin! Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm. İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular». Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm. Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”. Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam. Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”». Bəli, Rəbbin məbədini o tikəcək. O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək. Taxtının yanında kahin olacaq, İkisinin arasında tam razılıq olacaq”. Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
Выбор основного перевода