Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın cənubunda şəhərə bənzər tikililər var idi. O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi. O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.
Выбор основного перевода