Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular. Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır. Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar. Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi. Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi. Şimala baxan otaq isə qurbangah üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır». Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir. Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir buğa götürüb Müqəddəs məkanı pak et. Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün.
Выбор основного перевода