Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun. Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt. Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi. O adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi. O adam həyəti ölçdü: həyət dördbucaqlı olub uzunluğu yüz qulac, eni də yüz qulac idi. Məbədin önündə qurbangah var idi. Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi.
Выбор основного перевода