Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi. Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular. Onlar yeraltı zindana dustaq kimi yığılacaq, Həbsxanada bağlı saxlanacaq, Uzun müddət keçəndən sonra cəzalanacaq. Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində onları otaracağam. “Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın.
Выбор основного перевода