Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm». Şəhərdən nərələr, Məbəddən bir səs eşidilir! Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir. Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir. Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam, Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm. Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi. Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı.
Выбор основного перевода