Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dedan xalqı səninlə ticarət etdi, Çoxlu sahil xalqı sənin müştərin idi, Səndən aldıqları malın əvəzinə Fil sümüyü və abnos ağacı verdilər. Səba və Raama tacirləri Səninlə ticarət etdi. Mallarının əvəzinə sənə Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər. Nə oldu aslanlar yuvasına? Gənc aslanların bəsləndiyi, Şirlə dişisinin və balalarının qorxusuz gəzdiyi yerə nə oldu? Aslan öz balalarına kifayət qədər şikar ovladı, Dişisi üçün ovunu boğazladı, Mağarasını ovladığı heyvanlarla, Yuvasını şikarla doldurdu. Ordular Rəbbi bəyan edir: «Mən sizin əleyhinizəyəm, Döyüş arabalarınızı tüstüdə yandıracağam, Gənc aslanlarını qılınc yeyəcək, Yer üzündən şikarını kəsəcəyəm, Qasidlərinin səsi daha eşidilməyəcək».
Выбор основного перевода