Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yer üzünə baxdım, Quruluşsuz və boşdur. Göylərə baxdım, İşıqları yoxdur. Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu. Baxıb gördüm ki, bir adam qalmayıb, Göydəki quşların hamısı uçub getmişdir. Baxıb gördüm ki, bəhərli torpaq Səhraya çevrilib, Rəbbin önündə bütün şəhərləri Onun qızğın qəzəbi ilə dağılıb». Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur. Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir. Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar. O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi.
Выбор основного перевода