Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram. Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm. Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar. Amma, ya Xudavənd Rəbb, Sən mənə ‹tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır› dedin. Şəhər isə Xaldeylilərə təslim edilir”». Çünki İsrail və Yəhuda övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları gördükləri işlərlə Məni qəzəbləndirməkdən başqa bir şey etmədi” Rəbb belə bəyan edir. Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində Rəbb Yeremya peyğəmbərə Elam barədə bu sözləri nazil etdi: «Ordular Rəbbi belə deyir: “Baxın Elamın kamanını, Əsas qüvvələrini sındıracağam. Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm, Xalqını dörd tərəfə səpələyəcəyəm. Elamdan sürgün olunanların Aralarına getmədiyi bir millət qalmayacaq. Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm. Elamda taxtımı quracaq, Elam padşahı ilə başçılarını məhv edəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq gələcəkdə Elamdan sürgün olunanları geri qaytaracağam” Rəbb belə bəyan edir».
Выбор основного перевода