Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın! Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam, Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”. Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan, Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?” Bütün millətlərin padşahları, Hər biri öz əzəmətli sərdabəsində uyuyur. Lakin sən iyrənc budaq kimi Qəbrindən kənara, uzağa atıldın, Bir çuxurun dibinə tullanan, Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən, Ayaq altında qalan leş kimisən. Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir». «Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər? Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir». Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular. Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar.
Выбор основного перевода