Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir». «Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər? Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı, Şam ağacları boyda onun budaqlarına yetməzdi, Çinar ağacları onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağaclardan heç biri Onun kimi gözəl deyildi. Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim, Allahın bağçası olan Edendəki Bütün ağaclar ona qısqandı”. Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”. Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”. Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin. Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı.
Выбор основного перевода