Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var. Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox». Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən. O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm». O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim. Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
Выбор основного перевода