Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qulaq asın! Gözətçilər səslərini ucaldır, Birlikdə mədh oxuyur, Çünki Rəbbin Siona qayıdışını Öz gözləri ilə görür. Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər! Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz. Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan”.
Выбор основного перевода