Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək. Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi. Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.
Выбор основного перевода